Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-07 10:06:00
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini dərc etmişdir.

 

AzEdu.az xəbər verir ki,  “Abituriyent” jurnalının bu xüsusi buraxılışında ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur. 

 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).