Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 09:22:00
DİM Silahlı Qüvvələrin Yardım Fonduna 50 min manat vəsait köçürüb

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğalçı Ermənistanın hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum əməliyyatları həyata keçirir.  Azərbaycanın hər bir vətəndaşı, qurumu yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş etdirir.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

 

Qeyd edək ki, Mərkəzin hərbi təlimlərə cəlb olunan əməkdaşları da müharibənin ilk günlərindən etibarən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə könüllü iştirak etmək üçün ordu sıralarına qoşulub.

 

Silahlı qüvvələrimizin əldə etdiyi uğurlar Qarabağın tezliklə azad olunacağı, ölkəmizdə sülhün bərqərar olacağından xəbər verir. İnanırıq ki, tarixi torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.

 

Qarabağ Azərbaycandır! Yaşasın, şanlı Azərbaycan əsgəri!”