Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 18:11:00
DİM-də oktyabrın 5-də GRE:General Test imtahanı keçirilib

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.

 

Növbəti GRE imtahanının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/GRE/