Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 09:42:00
Cəbhəyanı bölgələrin RTŞ müdirləri AzEdu.az-a danışdı: “Qəlpələr məktəbin divarlarını dağıdıb”

“Erməni silahlı qüvvələri tərəfindən Beyləqan rayonuna atılan və atılmağa davam edən ağır artilleriya mülki əhali üçün kifayət qədər zərər verdi. Lakin hələki  rayonun təhsil sistemi infrastruktur və insan itkisi ilə üzləyib. Rəşadətli ordumuza güvənirik. Onların layiqli cavabı verilir”.

 

AzEdu.az-ın məlumatına görə, bunu AzEdu.az-a açıqlamasında Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Füliddin Əsgərov bildirib. O, sentyabrın 15-dən başlanan tədris prosesindən də danışdı:

 

“Təhsil Nazirinin göstərişinə uyğun olaraq 15 sentyabrdan Beyləqan məktəblərində təhsil həm ənənəvi, həm də distant formada başlandı. İbtidai siniflər sentyabrın 15-dən  həftədə 3 dəfə, 5-9-cu siniflər isə oktyabrın 1-dən məktəbdə əyani formada tədrisə cəlb olunub. Hər gün rayon üzrə tədrisin keyfiyyəti, şagirdlərin dərsə dəvamiyyəti, sağlamlıq dərəcəsi kimi göstəricilərlə bağlı Təhsil Nazirinə məlumat verilir”.

 

“27 sentyabrdan bu günədək Ağcəbədi rayonu ərazisinə atılan artilleriya mərmisi nəticəsində 1 şagirdimiz həlak olub”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Ağcəbədi rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov bildirib. O, ağır artilleriya nəticəsində bir kənd məktəbinə də ziyan dəydini qeyd etdi:

 

 “Alı Mustafayev adına Yuxarı Neymarlı kənd orta məktəbinin lap yaxınlığına düşən mərmi nəticəsində qapı, pəncərə, divarlar zədələnib. Qəlpələr məktəbin divarlarını dağıdıb”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları