Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-16 10:29:11
AzEdu.az sabah abituriyentlər üçün xüsusi treninq keçirəcək

Artıq ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahandan sonrakı çətin və bir o qədər də məsuliyyətli iş məhz ixtisas seçimidir. Lakin bəzən təhsil aldığınız ixtisas üzrə işləmək şansınız o qədər də yüksək olmur. Məsələn, tərçüməçi, filoloq ixtisası üzrə təhsil alıb müəllim işləyəcəyini düşünürsən? Elə isə sən də seçmək istədiyin ixtisas barədə ətraflı məlumat əldə etmək üçün AzEdu.az-ın təşkil etdiyi xüsusi treninqdə iştirak et.

Treniniqdə 9, 10, 11-ci sinif şagirdləri, əvvəlki illərin məzunları və valideynlər iştirak edə bilərlər. Treninq 17 iyun saat 12:00-14:00-da Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Gələrkən şəxsiyyəti təsdiq edən sənədi gətirməyi unutmayın.

Son qeydiyyat tarixi: 16 iyun saat 18:00

Qeydiyyatla bağlı hər hansı sualınız yaranarsa, 055-329-48-78 nömrəsinə zəng edə və ya "whatsapp"-a yaza bilərsiniz. Qeydiyyatdan keçən hər kəslə əlaqə saxlanılacaq.

Treninqdə: 
Seçdiyin ixtisasın tədris olunduğu universitetlər;
Həmin ixtisas üzrə gələcək iş imkanları;
Hansı ixtisaslar üzrə ixtisasartırma kurslarına ehtiyac;
Və ixtisaslarla bağlı sizi maraqlandıran digər suallardan bəhs ediləcək.

AzEdu.az sizin bütün suallarınızı dəqiq cavablandıracaq mütəxəssisləri Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrində çalışan səlahiyyətli nümayəndələr arasından seçib.

Treninqdə iştirak edəcəklər:

I ixtisas qrupu üzrə: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru Qasım Məmmədov;

II ixtisas qrupu üzrə: Azərbaycan Dövlət İqtisad Universitetində rektor köməkçisi Ramil Cabbarov;

III ixtisas qrupu üzrə: Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyev;

IV ixtisas qrupu üzrə: Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri Samir Cavadov.

Qeydiyyat linki: https://bit.ly/2HoGOpj