Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 10:13:00
Xalqımızın çətin və şərəfli günündə birlik kimi milli çağırışlara qoşulmayanlar – Professor rəyləri  

 

 

Bu gün torpaqlarımızın azad olması uğrunda Azərbaycan ordusunun apardığı zəfər yürüşü xalqımızda böyük ruh yüksəkliyi yaradıb, hər kəs dövlətlə sıx həmrəy olduqlarını bariz şəkildə nümayiş etdirirlər. Ancaq belə bir tarixi zamanda dəstəyini əsirgəyənlər də oldu. Bəs, niyə? Bu gün ədavəti, küskünlüyü kənara qoyub, Vətən yolunda bir olmaq zamanı deyilmi?!

 

Bu yöndə fikirlərini aldığımız Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Razim Məmmədov da bu gün torpaqlarımızın azad olunması üçün Azərbaycan ordusunun apardığı zəfər yürüşünün xalqımızda böyük ruh yüksəkliyi yaratdığını təsdiqləyir:

 

"Erməni işğalçılarını ərazimizdən birdəfəlik təmizləmək üçün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında möhkəm birləşir, torpaqlarımızın azadlığı uğrunda dövlətlə sıx həmrəy olduqlarını bariz şəkildə nümayiş etdirdilər. Minlərlə insan qısa müddət ərzində könüllü cəbhəyə getmək üçün hökumətin müvafiq qurumlarına axışdılar. Ordumuzun apardığı uğurlu əməliyyatlar xalqımızı daha da ruhlandırdı. Qələbənin yaxın olduğuna ürəkdən inandılar. Bu, ölkədə milli və siyasi həmrəyliyin parlaq göstəricisidir".

 

R.Məmmədov deyir ki, ümummilli dəyərlərə sahib çıxmaq, onu daha da inkişaf etdirmək dövlət siyasətinin əsasını təşkil edir və belə bir dövrdə- torpaqlarımızın düşmən işğalından azad olunması ərəfəsində təəssüf ki, bəzi siyasi partiyalar, xüsusilə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası ümummilli dəyərlərdən uzaq dayanır, şanlı ordumuzun uğurlu əks- hücum əməliyyatlarına lazımı səviyyədə dəstək vermir, xalqımızın çətin və şərəfli günündə birlik kimi milli çağırışlara qoşulmurlar.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova da bu gün baş verənlər barədə bildirir ki, Paşinyanın “şərtlər siyahısı”nın ancaq Ermənistan liderinin populizmi ilə əlaqələndirmək çətindir, ona görə ki, beynəlxalq təşkilatların susqunluğu, o susqunluğun fonundakı cəzasızlıq mühitinin həyasızlaşdırdığı şəxsin bundan başqa ritorikası ola bilməz:

 

"Həmin Minsk Qrupunun həmsədrləri üçüncü onillikdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20% torpağını işğal edərək özü üçün status- kvo yaratmasını arabir sönük, arxasında hansısa icra mexanizmi dayanmayan və heç bir mexanizmə söykənməyən bəyanatlarla müşahidə edirsə, burada nəsə söz deməyi artıq sayırıq. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin sentyabr döyüşlərindən bir müddət əvvəl Mnsk Qrupunu növbəti dəfə fəliyyətsizlikdə ittiham edərək qınadı, BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Ermənistanın öz işğalçı ordu birləşmələrini qeyd-şərtsiz olaraq işğal zonasından çıxarılmaları barədə elə həmin beynəlxalq təşkilatın qəbul etdiyi dörd Qətnaməni yada saldı".

 

M.Hüseynova əlavə edib ki, bütün bunların fonunda Ermənistanın təxribatlarının qarşısını almaq üçün  Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçməsi gözlənilən idi və gözlənildiyi kimi də oldu. Bu mübarizədə bütün xalq yumruq kimi birlikdə olmalı və Ali Baş Komandanın ətrafında birləşməlidirlər. Bu haqq yolunda siyasi partiyaların dəstək mesajında iki qüvvənin-Müsavat və AXCP cütlüyünün olmaması bunu bir daha təsdiq etdi ki kimin niyyəti haradır.

 

 Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədovanın fikrincə, Prezident İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması məqsədindən xəbər verir:

 

“Onun sözlərinə görə, ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin  yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin  parlaq göstəricisidir, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür:"Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini  tələb edirlər. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi  tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan  müharibədə xalq iqtidar və müxalifət  cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə  düşmənin yanında  duranlardır. Xalqı birləşdirən düzgün siyasət  qələbəmizin rəhnidir".