Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-01 10:46:00
Direktorların işə qəbul müsabiqəsində keçid balı necə müəyyənləşir?-RƏSMİ  

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

 

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqə ilə bağlı hər hansı sual yarandıqda 070 248 19 92 (whatsapp) əlaqə nömrəsinə müraciətinizi ünvanlaya bilərsiniz.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları