Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 16:47:00
Məktəb daxilində kütləvi yoluxma faktı qeydə alınmayıb-Emin Əmrullayev  

 

“Məktəb daxilində kütləvi yoluxma faktı qeydə alınmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev nazirliyin brifinqində deyib.

 

O, tədris müəssisələrində koronavirusa yoluxma hallarının məktəbdaxili deyil, ailədə baş verdiyini söyləyib.

 

“300 nəfər məktəblinin dostu, 700 nəfər könüllü məktəblərdə koronavirusla mübarizəyə qoşulub. Hər gün şagirdlərin qızdırması ölçülür. İndiyə kimi 210 nəfər təhsil heyətində yoluxma qeydə alınıb. Buna əsasən demək olar ki, yoluxanlar sırasında valideynlər də var”.

 

Qeyd edək ki, 15 sentyabrdan ölkədə hibrit formada tədris prosesi başlayıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları