Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 15:32:00
Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli sayda itki verdi  

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

"Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib", nazirlikdən bildirilib.