Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 12:41:00
Dünyanın ixtisasca jurnalist olan ən ağıllı qadını - O, Eynşteyni "birinci sinifə" necə göndərdi?

 

 

Amerikalı yazıçı, dramaturq və jurnalist, dünyanın ən yüksək İQ sahibi kimi Ginnesin rekordlar kitabına daxil olub. Müxtəlif testlərin nəticələrinə görə onun İQ  səviyyəsi  167, 186, 218, 228 və 230 kimi müəyyən edilir.

  O, 1946-cı ildə  ABŞ-ın Missuri ştatında anadan olub, ana babasının - yəni,  vos Savantın adını özünə soyad kimi götürür və  bütün dünyaya ən ağıılı qadın kimi sonradan bu siyadla məşhurlaşır. 

 Merlin Vas Savant bu günə qədər hesablanmış ən yüksək İQ əmsalının sahibidir. Bu əmsallar Ginnesin Rekordlar kitabında tez-tez dəyişsə də maksimal gösətricisi olan 228 əmsal hələ ki, dünyada heç bir qadında rast gəlinməmiş bir rəqəmdir. Burada söhbət təkcə cinsdən getmir.

 Onun haqqında bəhs edərkən deyilir ki, Merlin 228 əmsalla dahi alim Eynşteyni öz yanında yalnız birinci sinif şagirdi səviyəsinə salır.  Amma çox təəssüf ki, bu yüksək intellekt əmsalı elmə sərf olunmadığından  alimlərlə  Merlini  müqayisə etmək o qədər də doğru olmaz. Nə qədər də qəribə olsa, dünyanın ən zəkalı xanımı məhz bizim həmkarımızdır, jurnalistdir. Doğrudur,  ara-sıra dramaturgiya və yazıçılaqla mə.ğul olsa da,  köşə yazarlığı onun əsas fəaliyyətinə çevrilib.

 Hazırda Nyu-Yorkin “Parade” jurnalında çalışan Merlin “Ask to Merlin” (merlinə suallar) adlı gündəlik rubrikanı hazırlayır. Burada oxucular sosioloji, elmi, bioloji , ümumilikdə həyati bilgilər haqqında bilmək istədikləri çətin sualları Merlinə göndərir və bütün hallarda ondan növbəti saylarda cavab alırlar. Merlin boş vaxtlarında kvant nəzəriyyəsi, böcəklərin bioloji inkişafı, sosiologiya və başqa elmi sahələrlə maraqlanır. Ondan bu qədər ağıllı olmaq necə hisdir sualını soruşanda Merlin elə öz İQ-a uyğun şəkildə cavab verib: “Ağıl da gözəllik kimidir, nə qədər çox sahib olsaq həyat o qədər də  rahatlaşar. Ağılın mahiyyəti dinə qapılmadan, ailəyə, cəmiyyətə fikir vermədən həqiqəti axtarmaq bacarığıdır. Bunun üçün də cəsarət və sabit emosionallıq lazımdır. Məni dahi, intellektual hesab edirlər. Çünki mən hadisələri soyuq, obyektiv, buz kimi baxışlarla qiymətləndirirəm. Rəssamlıq, heykəltəraşlıq, digər vizual sənətlər yaradıcılıq deyil, sadəcə emosiyaların ifadəsidir və intellektlə heç bir əlaqəsi yoxdur. İntellektlə bağlı olan fənlər isə sırf riyaziyyat və nüvə fizikasıdır”       

 Merlinin möcüzəli zəkası ilk dəfə 10 yaşında ikən, yəni, 1956-cı ildə üzə çıxdı. O zaman orta məktəbin növbəti sinfinə qəbul olunmaq üçün intellekt testindən keçərkən onun nə az nə çox düz 23 yaşlı insanın intellektini daşıması məlum olub.

 Bundan sonra Merlinin həyatının yeni mərhələsi başlayır. Amma elm və fəlsəfə sahəsində təhsil almaqdan imtina edir. Daha çox praktiki vərdişlərə üstünlük verən Merlin ailə biznesinə yardımçı olur. Daha sonra isə bir neçə qəzetdə köşə yazarı kimi fəaliyyət göstərir.   

 Üç dəfə evli olan Merlinin hazırki həyat yoldaşı da zəkasına görə fərqlənən insanlardandır. O dünyada ilk dəfə olaraq süni ürəkəməliyyatını həyata keçirən Robert Jarvikdir. 

 Bu gün də jurnalistikanın türklər demiş “bilim-kurqu” sahəsində çalışan Merlin Savas öz intellekt əmsalına görə dünya dahilərini qabaqlayır. Onların arasında İssak Nyuton, Leonordo Da Vinçi, Qalileo Qaliley, Martin Lüter və başqalarının adı var.