Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 11:28:54
Avstriyada təhsil almaq istəyənlərin ən çox verdiyi suallar – Cavablar AzEdu.az-da  

 

Avstriya bir çox tələbələrin təhsil almaq istədiyi ölkədir. Yüksək keyfiyyətli təhsil, iş imkanları, yaşam şəraiti tələbələri bu ölkəyə cəlb edir.

Azedu.az Avstriyada təhsil almaq istəyənlərin ən çox verdiyi suallara cavabları təqdim edir. Sualları CELT colleges xaricdə təhsil şirkətinin Avstriyada təhsil üzrə mütəxəssisi Elgün Kərimov  cavablayıb.

-Avstriya universitetlərinin diplomları Azərbaycanda tanınır?

Normalda bu, Azərbaycandan yüksək qəbul olunur.

-Vyana Dövlət Universitetində təhsil haqqı nə qədərdir?

Xarici vətəndaşlar üçün bütün universitetlərdə illik 1736 avrodur.

-Avstriya universitetlərində ən az təhsil haqqı nəqədərdir? Və hansı universitetdədir?

İllik təhsil haqqı 500 avro civarındadır.

-Xaricdə təhsil almaq üçün prosedurların ardıcılllığı necədir? əvvəlcə viza alınmalı, yoxsa müraciət edilməlidir? Məsələn, Avstriyada viza almaq 6 ay çəkir.

Əvvəlcə qəbul alınır, yataqxana seçilir, daha sonra vizaya müraciət edilir.

-Avstriyada  Azərbaycan, Ukrayna, Moldova kimi ölkələrin vətəndaşları üçün təhsilin ödənişsiz olduğu deyilir. Bu nə dərəcədə doğrudur?

Avstriyada dövlət universitetlərində təhsil bütün vətəndaşlar üçün aşağı qiymətə, demək olar ki, pulsuzdur. İllik minimum təhsil haqqı 500-600 avrodur.

-Avstriyanın dövlət universitetlərində iqtisadiyyat ixtisası üzrə magistratura pilləsinin təhsilhaqqısı və buradakı yaşam xərcləri nə qədərdir? Qəbul şərtləri barədə də məlumat versəniz şad olaram.

Avstriyada təhsil haqqı 500-600 avro civarındadır. Aylıq yaşam xərcləri isə təxmini 700 avrodur . İELTS 6.5 və GPA 80+ olmasını məsləhət görürük.

-Hazırda bakalvr təhsili alıram. Amma təhsilimi Vyanan Universitetində davam etdirmık istəyirəm. İELTS nəticəm 6-dır. Bilmək istərdim burada ingilis dilində bakalavr təhsil almaq mümkündür?

Vyanada universitetlərə qəbul olunsanız belə, təhsilə birinci kursdan başlamalısınız. Transfer etmək mümkün deyil.

-Avstriyada pulsuz təhsil mümkündür?

Təhsil tam pulsuz deyil. Hər smestr xaricilər üçün 726 avrodur.

-Avstriya dövlət universitetləri yalnız attestatla tələbə qəbul edir?

Bəli, özəl universitetlər qəbul edir. Amma dövlətlərdə gərək eyni ixtisas üzrə burada birinci kursda oxuyasınız.

-Avstiyada orta məktəb təhsili haqda məlumat almaq istəyirəm.

İşlədiyimiz orta məktləblər qapalı və özəl məktəblərdir. Hər şey daxil olmaqla illik 40 min avrodur.

-Mən Avstriyada ekonomika və ya maliyyə üzrə magistr təhsil almaq istəyirəm. Bunun üçün məndən nələr tələb olunur? Qeyd edim ki, mühasib vəzifəsində çalışsam da təhsilim filologiya fakültəsi üzrə bakalavrdır. Əlavə olaraq auditorlar palatasından vergi üçotu və mühasibat üçotu (F3) üzrə sertifkatlarım var.

Avstriyada sizdən eyni ixtisas üzrə olmağınız tələb olunur. Eyni zamanda burda magistraturaya da girmiş olmalısınız. Təcrübənizi anlayıram, amma bu halda yalnız özəl universitetlərdə oxuya bilərsiniz. Dövlət universitetləri bunu qəbul etməyəcəklər.

-Mən İqtidsad Universitetində 2-ci kursu bitirdim. İxtisasım Dünya İqtisadiyyatıdır. Bilmək istərdim, Avstriyada pulsuz ingilis dilində təhsilimi 4-cü kursdan davam etdirə bilərəm?

Ümumiyyətlə, Almaniya və Avstriya universitetlərinə transfer mümkün deyil. Bakalavr sıfırdan oxuya bilərsiniz. Amma transfer olmayacaq. İkincisi isə Avstriya pulsuz deyil. İllik təhsil haqqı xaricilər üçün 1500 avroya yaxındır.

-Avstriyada almanca təhsil almaq üçün dil bilikləri hansı səviyyədə olmalıdır?

Ən azı B2 səviyyəsi lazımdır. Amma çoxları b1 və ya c1 də istəyəcək. Hazırlaşıb imtahan verməlisiniz.

-Avstriyada magistr təhsili almaq üçün bankda nə qədər məbləğlik tələbə hesabı açmaq lazımdır? Ümumiyyətlə maddi cəhətdən ən sərfəli ölkələr hansılardır?

Bank hesabında təhsil haqqı və yaşayış xərcini əhatə edəcək qədər pul olmalıdır. Amma ki, magistr təhsili üçün artıq Avstriyaya gecikmisiniz. Çünki oranın vizası 6 ay çəkir. İELTS sertifikatı və büdcəniz varsa, Böyük Britaniyanı məsləhət görərdik.

-Memarlıq və dizayn ixtisası üzrə Avstriyada kurs keçmək istərdim. Belə bir proqram var?

Təssüf ki, belə bir proqramımız yoxdur.

-Mən AZMİU-da oxuyuram. 2-ci kursu bitirəcəm. İxtisasım İnşaat mühəndisliyidir. Avstriyada oxuduğum ixtisas üzrə bakalavr oxuya bilərəm? Bir də pulludur yoxsa pulsuz?

Bəli Avstriyada oxuya bilərsiniz. Amma sizin ixtisasınızın ingiliscə olması önəmlidir. Avstriyada çox az ixtisaslar ingiliscədir. Avstriyada bütün universitetlərdə illik xaricilər üçün 1500 avroya yaxındır. Qalan xərclər sadəcə yaşayışdır.

-Avstriyada bakalavr üzrə ən ucuz təhsilhaqı neçədir?İELTS və ya TOEFL balı ilə qəbul mümkündür?

Avstriyada dövlət universitetlərində illik təhsil haqqı 400-500 avrodur. Amma öncə Azərbaycanda ali məktəbə daxil olmalısınız. Attestatla birbaşa oxumaq mümkün deyil. İELTS 6.0-6.5 balına ehtiyac olacaq.

-Avstriyada bakalavr təhsilinin şərtləri çox sadədir. Bu, o deməkdir ki, təhsilin səviyyəsi aşağıdır? Latviya, yoxsa Avstriya təhsili daha yaxşıdır? Qəbul olunmaq üçün mütləq DİM qəbul imtahanı vermək lazımdır?

Avstriyada bakalavr təhsili üçün mütləq DİM balınız olmalıdır və viza işi 6 ay çəkir. Deməzdim ki, şərtləri sadədir. Avstriya universitetlərində İngiliscə problem elə də çox deyil. Əgər bu il birbaşa bakalavra getmək və keyfiyyətli təhsil istəyirsinizsə məncə Hollandiya və ya Macarıstan variantı daha optimaldır.

-Mən hazırda bakalavr pilləsi üzrə təhsila alıram. Sonuncu kursam. Turizm üzrə Avstriyada magistratura pilləsində təhsil ala bilərəm? bunun üçün nə etməliyəm?

Avstriyada bir neçə universitetdə turizm proqramı var. Amma ortalama balınız yüksək və IELTS balınız olmalıdır. Avstriya tələbə vizası 6 aya kimi çəkə bilir, bunu nəzərə almalısınız.

-Mən filologiya fakültəsində oxumuşam. Avstriyada iqtisadiyyat üzrə təhsil ala bilərəm?

Əgər filologiya ixtisasını bitirmisinizsə, Avstriyada bakalavr dərəcəsini iqtisadiyyat üzrə oxuya bilərsiniz. Amma Magistr dərəcəsini iqtisadiyyat üzrə götürə bilməzsiniz, çünki bakalavr ixtisasınızla bağlılığı çox aşağıdır. Böyük Britaniyada iqtisadiyyat üzrə oxuya bilərsiniz, amma bunun üçün bir il orada pre-master dərsləri götürməlisiniz ki, magistr təhsili başlayan zaman müəyyən baza dərslərini görə biləsiniz.

-İELTS balım 6.5-dir.Avstriyada turizm üzrə pulsuz təhsil ala bilərəm? Hazırda bakalvram.

Bəli, İELTS 6.5 balı ilə Avstriyada təhsil ala bilərsiniz. Amma indidən müraciət etməyiniz məsləhətdir. Deadline-lara az qalıb və Avstriyanın viza işi uzun çəkir.

-Avstriyada psixologiya üzrə magistr proqramları var? Bunun üçün alman dili bilikləri hansı səviyyədə olmalıdır?

Avstiyada psixologiya üzrə təhsil almaq üçün B2 səviyyəsində alman diliniz olmalıdır. Bundan sonra Avstriya Universitetlərinə baş vura bilərsiniz.

-Sizdən tarix üzrə magistr təhsili haqda maraqlanmışdım. Amma Avstriyada tarix üzrə kifayət qədər universitetlərin olmadığını bildirdiniz. Bəs sosiologiya, hüquq, politologiya  ixtisaslarından hansınsa ingiliscə pulsuz bakalavr təhsili almaq şansım var?

Avstriyada siz sadaladığınız sahələr üzrə pulsuz və ya ucuz universitetlər çox azdır. Burada əsasən biznes, kompyuter sahələridir.

-Avstriyada pulsuz və ucuz təhsi almaq yalnız almanac mümkündür? Ingilis dilində də ucuz təhsil ala bilərəm? İxtisasım tarixdir.

Avstriyanın dövlət universitetlərində həm alman, həm də ingiliscə təhsil pulsuzdur. Lakin tarix üzrə bakalavr Avstriyada yoxdur. Ucuz təhsil üçün Macarıstan, Polşa və Latviyaya üz tuta bilərsiniz. Amma orada da seçim çox da geniş deyil. Böyük Britaniyanı büdcənizə uyğun olmadığına görə məsləhət görmürəm.

-Hazırda 11 ci sinifdə oxuyur, Avstriada təhsillə maraqlanıram. İELTS  balım 5-dir. Avstria dövlət universitetlərinin birində təhsil almaq istəyirəm. Mən biznes ekanomika idarə etmə ilə maraqlanıram.Siz mənə hansı köməyi göstərə bilərsiniz?

Avstriyada təhsil almaq üçün Azərbaycanda bir il bakalavr oxumanız şərtdir. Ondan sonra Avstriya universitetlərinə müraciət edə bilərsiniz. Attestatla birbaşa Kanada və Hollandiya qəbul olmaq üçün İELTS 6.0-6.5 yığmalısınız. İELTS 5.0 balla Macarıstan və Pribaltika ölkələrinə (Latviya) qəbul ola bilərsiniz. İELTS-nizi qaldıra bilsəniz (6.0-6.5) və büdcəniz varsa (illik təhsil haqqı 8000 avrodan başlayır) İELTS 5.0 və büdcəniz bir az aşağıdırsa (illik təhsil haqqı 2000 manatdan başlayır) Macarıstan və ya Latviyaya qəbul işinə başlaya bilərik.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları