Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 11:23:00
Xəbərsiz qaldığımız daha bir xaricdə təhsil proqramı – Müraciət və qeydiyyat qaydaları, faydaları…

Dünyanın qabaqcıl universitetlərində təhsil olmaq üçün müxtəlif beynəlxalq imtahanlardan keçmək lazım gəlir. TOEFL və IELTS dünyanın bir çox universitetləri tərəfindən qəbul olunan ingilis dilini təsdiq edən beynəlxalq imtahandır. Lakin xarici universitetlərə qəbul olmaq üçün lazım olan beynəlxalq imtahanlar bununla bitmir.

Bundan başqa magistr və doktorantura təhsili almaq üçün namizədlərdən GRE və GMAT imtahanları vermək də tələb olunur. 

GRE (Graduate Record Examination) Amerikanın da daxil olduğu bir çox ingiliscə tədris aparan ölkə universitetlərində magistratura və ya doktorantura üzrə təhsil almaq istəyənlərin verməli olduğu imtahandır.

Mühəndislik və sosial elmlər başda olmaqla, bir sıra başqa sahələrdə ixtisaslaşmaq istəyənlərdən kiçik elmi dərəcə almaq üçün müəyyən universitetlər bu imtahan nəticəsini tələb edirlər. GRE imtahanları ya elektron formada kompüterlə, ya da yazılı şəkildə həyata keçirilir.

GRE imtahanı Educational Testing Service (ETS) tərəfindən həyata keçirilir.

Bu imtahan iki qrup ayrılır:GRE  General Test və GRE  Subject Test:

1) GRE General Test –  Ümumi imtahan olaraq bilinir və bir çox universitetlər, müraciətçidən  məhz bu bölməni tələb edir. General test imtahanı 2 saat 15 dəqiqə kompüter vasitəsilə aparılır. Burada həm sualları cavablandırmaq, həm də kompüterlə imtahanı necə verməyi öyrənməniz üçün ümumi 4 saat imtahan otağında olmalısınız. GRE General test imtahanına 5 dəfə girmək şansınız vardır və imtahanlar orta hesabla hər iki aydan bir olur. GRE General test 3 hissədən (rəqəmsal, humanitar məntiqi (sözəl)  və analitika) ibarətdir. Sözəl hissəsində 30 suala 30 dəqiqə vaxt verilir və  burada sözləri və birləşmələri oxumaq, anlamaq və istifadə etmək kimi bacarıqlarınızı yoxlayırlar. Rəqəmsal bölməsində isə riyaziyyat, həndəsə, verilənlərin analizi və riyazi məntiqdən ibarət 28 suala 45 dəqiqə vaxt verilir. Və nəhayət analitika bölməsində məntiqi suallardan ibarət 35 suala 60 dəqiqə vaxt verilir. İmtahanın qiyməti isə ölkələrə uyğun olaraq 100-150 dollar arası dəyişməkdədir.

2) GRE Subject Test – Bu test üsulunda isə müəyyən bir ixtisas üzrə hazırlaşanlar üçündür öncəki xəbərimizdə SAT haqqında qeyd etdiyim kimi ümumi yox, hər hansı bir fənndən (biologiya, kimya və s) ibarət olur. GRE General testdən fərqli olaraq imtahan online yox yazılı həyata keçirilir. İmtahan verməzdən 3 həftə öncə qeydiyyatdan keçməli və hansı fənndən imtahan verəcəyinizi müəyyən etməlisiniz.

GRE üçün necə qeydiyyatdan keçmək olar?

GRE General Test, 160-dan çox ölkədə 1000-dən çox test mərkəzində il ərzində davamlı olaraq həyata keçirilir. Kompüter əsaslı GRE testi üçün ərizələr onlayn, telefon və post vasitəsilə həyata keçirilir.

Yazılı təşkil olunan GRE imtahanlarına isə onlayn və ya poçt vasitəsilə müraciət edə bilərsiniz. Online müraciət etmək üçün ETS-nin rəsmi saytına daxil olaraq qeydiyyatdan keçməli və “MY GRE” hesabını açmalısınız. Poçt ilə müraciət etmək üçün isə ərizə forması doldurulmalı və son qeydiyyat tariixnə qədər ərizənin üzərində qeyd edilmiş ünvana göndərilməlidir.