Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 13:44:00
"Abituriyent" jurnalının xüsusi buraxılışı nəşr olunub

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, jurnalın xüsusi buraxılışında ixtisas seçimi elanının tam mətni ilə yanaşı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və digər məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).