Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 11:20:00
Moskvada orta məktəblər koronavirusla əlaqədar iki həftəlik tətilə çıxır

Rusiya paytaxtında orta məktəblər koronavirusla əlaqədar iki həftəlik tətilə göndərilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin əmr imzalayıb.

 

Əmrə əsasən, oktyabrın 5-dən 18-nə kimi Moskvanın orta məktəbləri iki həftəlik tətilə göndərilir.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur.

 

Sentyabrın 28-nə olan məlumata görə, sutka ərzində 8135 nəfər koronavirusa yoluxub. Moskva şəhərində gün ərzində COVID19-a yoluxanların sayı 1500 nəfərdən çox olub.(apa)