Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 09:50:00
MN: Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil  

“Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

 

“Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”, - o, əlavə edib.