Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 10:47:57
Dünya bağçalarında uşaqlara verilən işgəncələr – Cəzalanan tərbiyəçilər

Bakıda bir neçə gün bundan əvvəl özəl “Kids studio” adlı uşaq bağçasında uşaqların döyülmə isə bağlı yayılan videogörüntülərdən sonra bağça öz  fəaliyyətini dayandırıb.

Bir çox ölkələrin uşaq bağçalarında ayrı-ayrı vaxtlarda bu kimi hallar  yaşanıb.

AzEdu.az digər ölkələrin uşaq bağçalarında baş verən bu kimi  hadisələri təqdim edir:

Malayziyanın  Kajang şəhərinin Sungai Jerlok qəsəbəsindəki uşaq bağçasında  bağça müəllimi dördyaşlı qızın üzünün  hər iki tərəfindən qulağından sillə vurub və daha sonra həkimlər qızın yanaqlarında, qulaqlarında yumşaq toxumanın zədələndiyini təsdiqləyiblər. Tərbiyəçi isə həbs olunub;

Türkiyənin İstanbul şəhərində  özəl uşaq bağçasında  uşaqlar müəllim tərəfindən şiddətə məruz qalıb. Hadisəni    öz uşağı həmin bağçada olan Zeynəb Atasevər aşkara çıxarıb;

Çinin  Quanqzou şəhərində bir müəllim  Yao Yao adlı uşağı döyüb. Döyülmə faktı videogörüntüdə öz əksini tapıb. Dördyaşlı uşağın valideynləri tərəfindən edilən şikayət əsasında  müəllim həbs olunub;                                                                  

Cənubi Koreyada da bir uşaq bağçasında   uşaqlara  qarşı fiziki zorakılığın  baş verməsi  gizli kamera görüntüləri ölkədə geniş  əks-sədaya səbəb olub. Siyasətçilər isə bu cür halların baş verməməsi üçün  bütün uşaq bağçalarında  gizli kamera tətbiq etməyin lazım olduğunu bildiriblər.

Günel Yaşarqızı