Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-29 09:23:00
Dünyada COVID-19 qurbanlarının sayı 1 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişənlərin sayı 1 milyonu ötüb. AzEdu.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Hazırda dünyada COVID-19 qurbanlarının sayı 1 006 090 nəfər təşkil edir.

 

Bundan başqa, indiyədək 33 542 559 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 24 871 741 nəfəri sağalıb.

Dünyada 7 664 728 aktiv koronavirus xəstəsi var ki, onlardan da 65,403 –nün vəziyyəti ağır qiymətləndirilir.