Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 09:48:39
Bütün uşaqların ibtidai təhsil alması yalnız 2042-ci ildə mümkün olacaq

YUNESKO-nun aşıqladığı son hesabata görə dünyadakı bütün uşaqların ibtidai təhsil alması üçün hələ 25 il lazımdır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu,  yalnız 2042-ci ildə mümkün olacaq. BMT-nin “hər kəs üçün təhsil” hədəfinə 2030-cu ilədək çata bilməsinin mümkünsüzlüyü qeyd olunub.

Almaniyanın Bonn şəhərində açıqlanan hesabatda dünyanın yoxsul ölkələrindəki təhsil sistemi, hüquq bərabərliyi və keyfiyyət standartlarının çox geridə olduğu vurğulanıb. Bu ölkələrdəki uşaqların hər birinin ibtidai təhsil ala bilməsinin isə zəngin ölkələrlə müqayisədə yalnız 100 il sonra mümkün olacağına diqqət çəkilib. İnkişaf etmiş ölkələrdə təhsilə daha çox  yatırım edilməsinin gərəkdiyi bildirilib. YUNESKO Avropa və Latın Amerikasındakı heç bir ölkənin 2030-cu ilədək bütün gənclərə təhsilinə davam etmə imkanı verə bilməyəcəyini bildirib. Bütün gənclərin ali təhsil ala bilməsinin  2084, orta təhsil almalarının isə  2059-ci ildə mümkün olacağı təxmin edilib. Gələcək 15 ildə təhsil üçün atılan hər addımın böyük əhəmiyyət kəsb etdiyi deyilib. Təhsilin yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynadığı, hər kəs təhsil alarsa, 2030-cu ilədək adambaşına düşən gəlirin 75% artacağı və 60 milyon insanın yoxsulluqdan xilas olacağı təxmin edilib.

Xüsusilə Afrikada təhsilli qadınların sayının artması ilə Sahara bölgəsində  2050-2060-cı illər ərzində 3 500 000 uşaq ölümünün qarşısının alına biləcəyinə diqqət çəkilib.

YUNESKO-nun hesabatında bəzi ölklərdə qız və oğlan uşaqlarının yalnız 1 %-nin təhsil hüququnun qorunduğu qeyd edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları