Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-28 13:18:00
İranda indiyədək 10 min şagird koronavirusa yoluxub

İranda indiyə qədər 10 min şagird yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 

 

AzEdu.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin müavini İrəc Hərirçi deyib. 

 

Onun sözlərinə görə, koronovirusla bağlı “qırmızı zona”ya daxil olan şəhərlərin sayı 50% artıb və vəziyyət getdikcə daha da çətinləşir.

 

Nazir müavini son yeddi ayda təxminən 10 min şagirdin koronavirusa yoluxduğunu bildirib.

 

İ. Həririçi qeyd edib ki, İranda koronavirusa yoluxan şagirdlərdən 100-200 nəfər həyatını itirib.(Apa.az)