Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-28 11:46:00
Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir"  

“Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir".

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixində də böyük bir vətən müharibəsidir: "Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu gün də qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb".