Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-28 09:48:00
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənsi  

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

 

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.