Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 17:18:36
Böyük Britaniyanın 10 ən yaxşı  “MBA universiteti” –  Azərbaycanlılar üçün sərfəli

Sahəsi üzrə ixtisaslaşmayı hədəfləyənlərə məlum olan MBA, beynəlxalq arenada dövrün ən vacib təhsil formalarından biri hesab olunur.

 İxtisas bilgiləri ilə yanaşı müxtəlif dil və mədəniyyətlərlə tanış olmaq, bir sözlə, sosiallaşmaq istəyən gənclər xaricdə MBA oxumağa üstünlük verirlər. Universitet seçimi edərkən İngiltərə universitetləri daha çox bəyənilsə də, təhsilhaqqı əksər tələbələrin xəyallarını məhv edir.

AzEdu.az Böyük Britaniyanın MBA proqramını tədris edən 10 ən sərfəli universitetini təqdim edir:

1) Uels Universiteti, Trinity St.David - £ 3930

2) Yüksəkliklər və adalar Universiteti - £ 4680

3) Worcester Universiteti - £ 4900

4) St.Mark Universiteti və St. John - £ 5000

5) Bedfordshire Universiteti - £ 6750

6) De Montfort Universiteti - £ 8000

7) Bolton Universiteti - 8500 AZN

8) Staffordshire Universiteti - £ 9,000

9) Cardiff Metropolitan Universiteti - £ 9,000

10) Canterbury Christ Church Universiteti - £ 9,000

Qeyd edək ki,  MBA (Master of Business Administration) - Biznes İnzibatçılığı Magistrı deməkdir.

MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq,  təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti.