Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 09:42:00
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik etdi  

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarında dəyişiklik edilib.

 

AzEdu.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilmişdir.

 

Bununla əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 2019-cu il 20 may tarixli 230 nömrəli qərarlarında aşağıdakı dəyişikliklər edilmişdir

 

Bu Qaydalarda “subbakalavrlar” dedikdə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

 

Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.