Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 12:24:00
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir.

 

AzEdu.az xəbər verir ki, müsabiqə ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır. Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı isheqebul.vet.edu.az elektron müraciət portalı vasitəsilə həyata keçirilir. Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müraciət üçün sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvətlə bağlı məlumatlandırma üçün nəzərdə tutulub.

 

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir.

 

- Oktyabrın 1-dək: Elektron müraciət mərhələsi

- Oktyabrın 7-dən 17-dək: Müsahibə mərhələsi

Qeyd olunan meyarlar üzrə tələblərə cavab verən şəxslərin müvafiq vakansiyalara müraciət etmək imkanı var.

 

- Ümumtəhsil fənn müəllimi - Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

- İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

- İstehsalat təlim ustası (praktiki dərslərin tədrisi) - Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik şəxslər iştirak edə bilərlər.