Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 12:12:00
BMU-ya qəbul olmuş abituriyentlərin onlayn qeydiyyatına başlanılıb

Bakı Mühəndislik Universitetinə (BMU) 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə qəbul olan abituriyentlərin qeydiyyatı ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq onlayn formada həyata keçiriləcək. 

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək  onlayn qeydiyyatdan keçməlidirlər.

 

Onlayn qeydiyyatın aparılması üçün məlumat və tələb olunan sənədlərin siyahısı BMU-nun rəsmi www.beu.edu.az saytında yerləşdirilib.   

       

Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.