Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 15:58:28
11 ilin bozrəngli sevinc, standart çıxış, uyğunsuz musiqi ilə əridiyi gün - "Son zəng"dən videoreportaj

2017-ci ildən etibarən, orta ümümtəhsil müəssisələrində “Son zəng” tədbirləri 14 iyun tarixində keçirilir. Bu il də təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə “Son zəng”lər saat 10:00-da başlayaraq,  2 saat davam edib. Bu gün respublika üzrə 83 001 nəfər məzun olur.

AzEdu.az 200 saylı məktəb-lisey kompleksinin son zəngindən videoreportajı təqdim edir.

“Son zəng” məzunların həyatında önəmli və təkrarolunmaz  hadisə sayıldığı üçün videoreportajı nikbin notlar üzərində qurmağa çalışdıq. Amma təəssüf ki, keçirilən “Son zəng” tədbirləri standart yanaşması, sıfıra bərabər “ssenarisi”, rəsmi çıxışlardan sonrakı şagird kontingenti üçün o qədər də yaxşı hal sayılmayan ara musiqilərin müşayiəti ilə keçirilir. Təbii ki, “Son zəngi” necə keçirməklə bağlı, hansı proqramlar əsasında hazırlamaqla bağlı məsələ, hər məktəbin öz daxili qərarıdır. Arzu edirik ki, növbəti “Son zəng” buraxılışlarını daha nikbin duyğularla sizlərə təqdim edə biləcəyik: