Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 10:12:00
Buraxılış və qəbul imtahanlarından sonra Apelyasiya Komissiyalarına 5050 ərizə daxil olub

İyunun 10-dan 20-dək ölkənin bütün rayon və şəhərlərini əhatə etməklə 14 imtahan günündə 9 və 11-ci siniflər üzrə buraxılış, Azərbaycan dili, əvvəlki illərin məzunları üçün qəbul imtahanları, eləcə də müxtəlif növ digər imtahanlar keçirilib.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, avqust ayında isə 4 imtahan günündə 35 şəhər və rayonda I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi olub: "Bu imtahanlarda 307 000 nəfər iştirak edib. Bundan başqa, dövlət qulluğuna qəbulun  müsahibə mərhələsinin, o cümlədən, qiymətləndirmənin onlayn şəkildə keçirilməsi məqsədilə DİM mütəxəssisləri tərəfindən xüsusi proqram təminatı işlənib hazırlanıb və iyul ayından etibarən proqramın tətbiqinə başlanıb. Proqram vasitəsilə bu günədək onlayn qaydada 882 müsahibə keçirilib".

 

M.Abbaszadə qeyd edib ki, hər imtahanın nəticələri ilə bağlı Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılıb, Komissiya daxil olmuş bütün müraciətləri araşdırıb,onlar abituriyentin istəyindən asılı olaraq onlayn qaydada və ya telefon vasitəsilə cavablandırılıb: "Keçirilmiş bütün buraxılış və qəbul imtahanlarından sonra yaradılmış Apelyasiya Komissiyalarına 5050 ərizə daxil olub, onlardan 769-u təmin edilib, burada müraciət olunan tapşırıqların ümumi sayı 14869 olub, onlardan 1190 təmin edilib".

 

APA