Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 14:50:00
Nazir respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov 20 nömrəli məktəb-liseydə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri ilə görüşüb. 

AzEdu.az-ın xəbərinə görə, görüş zamanı təhsil naziri bildirib ki, 2017/2018-ci tədris ili Azərbaycan üçün uğurlu olub. 

Nazir qeyd edib ki, məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi - bütün pillələrdə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib.

Görüşün sonunda şagirdlərə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.