Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 18:11:00
TKTA və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Təlim Proqramı həyata keçirilib - FOTO

Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə beynəlxalq ekspertin iştirakı ilə iki günlük onlayn təlim proqramı təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, poqram Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı,Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilib.

 

Proqram çərçivəsində peşə təhsili mütəxəssisləri, özəl sektor nümayəndələri və sahə üzrə peşəkarlar bir araya gətirilib. Proqram təlim, bilik və bacarıqlarının rəsmiləşdirilməsini istəyən vətəndaşlar üçün nəzəri, həmçinin praktik qiymətləndirmə prosesinin təşkilinə dair addımları əhatə edib. Bu qiymətləndirmələr aparıldıqdan sonra vətəndaşlar iş tapmaq yaxud karyeralarını yeni mərhələyə daşımaq şanslarını artırmağa kömək edəcək sertifikatlar alacaqlar.

 

Qeyri-formal və informal səriştələrin tanınması üzrə təşviq fəaliyyətlərinin Azərbaycan əmək bazarında bacarıqlı işçi qüvvəsi üçün yeni imkanlar açacağı gözlənilir.

 

İlk imtahan bu ay, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Gəncədə həyata keçiriləcək. İİmtahan zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar.

 

İmtahan öncəsi keçirilən bu təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.