Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 17:28:00
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alındı  

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AzEdu.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 39 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1 822 olub.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 780, bu günə qədər isə ümumilikdə 1 073 255 test icra olunub.