Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 17:04:00
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq    

Ayın sonuna doğru güclü maqnit fırtınası gözlənilir, onun pik dövrü isə sentyabrın 26-27-də olacaq.

 

AzEdu.az-ın “segodnya.ua”ya istinadən xəbər verir ki, bunu Günəşin Rentgen Astronomiyası Laboratoriyasının məlumatları göstərir.

 

Qrafikdə əsas geomaqnit təsirin ayın 27-də olacağını görmək mümkündür.

 

Ertəsi gün, sentyabrın 28-də isə “maqnitosfer həyəcan” gözlənilir - günəş təsirinin aktivliyi bir qədər azalacaq, amma yenə də hiss olunacaq.