Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 14:11:00
BMU-nun əməkdaşı “Microsoft Azərbaycan” şirkətinin təşkil etdiyi sessiyada iştirak etdi

 

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin müdiri Gülçöhrə İbrahimova “Microsoft Azərbaycan” şirkətinin ali təhsil müəssisələri üçün təşkil etdiyi onlayn tanıtım sessiyasında iştirak edib.

 

AzEdu.az-ın məlumatına görə, “Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev “Microsoft ilə özünü inkişaf etdir!” adlı təqdimatla çıxış edib.  

 

Təqdimat zamanı şəxsi fərdi inkişaf proqramları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu inkişaf proqramları müxtəlif kateqoriyadan olan insanlar (tələbələr, təlimçilər, hərbi qulluğunu başa vuran gənclər və s.) üçün nəzərdə tutulub. Eyni zamanda, tələbələr üçün yaradılan geniş imkanlardan, proqramın üstünlüklərindən bəhs olunub. Burada tələbələr üçün əsas üstünlükdən biri beynəlxalq sertifikat əldə etmək imkanın mövcudluğudur. Kitablar və kursların tamamilə ödənişsiz, sertifikat imtahanının isə ödənişli olduğu bildirilib. O da vurğulanıb ki, tələbələr sertifikat əldə edərlərsə, proqrama qoşulan tərəfdaş və müştərilərdə təcrübə keçmək imkanı qazanırlar. Təcrübə zamanı tələbələr ekspertlərin köməyindən yararlana bilərlər.

 

Tanıtım sessiyası iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

Sonda universitetlərlə əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb və müxtəlif fikirlər səsləndirilib.