Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 15:54:00
Arsak adı müxtəlif mötəbər mənbələrdə-Araşdırma

 “Biz, eyni bir dildə danışan azərbaycanlıların indi yaşadığı ölkənin hər iki hissəsini Azərbaycan adlandırmaqla bərabər, Azərbaycanın məhz hansı ərazisinin, məsələn, onun şimal rayonları olan Arran (Albaniya), Şirvan, Sünik, Arsax, Uti, Girdiman, Şəki, Qəbələ, Dərbənd vilayəti, Beyləqanmı, yoxsa cənub rayonları olan Muğan, Bəzzeyn, Naxçıvanmı nəzərdə tutulduğunu aydınlaşdırırıq"

 

Ziya Bünyadov, "Azərbaycan VII-IX əsrlərdə", Bakı - 2007, səh.4

 

http://www.anl.az/el/b/bz_az7-9.esrlerde1.pdf

 

 “Qeyd etməliyik ki, erməni knyazları arasında Babəkin müttəfiqi yox idi. Onun müttəfıqləri ancaq Sünik, Arsax, Şəki, Beyləqan və digər vilayətlərin hakimləri olan Alban knyazları idi”

 

Ziya Bünyadov, "Azərbaycan VII-IX əsrlərdə", Bakı-2007, səh.318-319

 

http://www.anl.az/el/b/bz_az7-9.esrlerde1.pdf

 

 “Alban tayfaları Kürdən sağdakı torpaqlarda - Alban dövlətinin cənub vilayətləri Orxis-tena (Arsax), Uti (Qtena), Sodey və başqa bölgələrdə yaşamışlar” "Azərbaycan tarixi",  (Süleyman Əliyarlının redaktorluğu ilə), Bakı-1996, səh.93

 

http://lib.az/book/301/show

 

 “Kürdən güneydə Paytakaran, Arsax, Uti, Sünik vilayətləri yerləşirdi. …İndiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi Arsax vilayəti adlanırdı..”

 

"Azərbaycan tarixi", (Süleyman Əliyarlının redaktorluğu ilə), Bakı-1996, səh.115

 

http://lib.az/book/301/show

 

"Mən, Albaniya çarı Vaçaqan  ...və Arsax vilayətinin əyan və qəbilə başçıları, Kalankatuk qəbiləsinin başçısı Bakur və bir çox başqaları hamılıqla mənim məclisimə Aquen adlı yaylağıma gəldilər." 
Musa Kalankatlı, "Albaniya tarixi",  Bakı - 2006, səh.57

http://anl.az/el/k/Albaniya_tarixi.pdf

E.ə. 249-cu ildə dövlət quran Oğuzlar Sak türk tayfaları ilə birləşərək Arsaklar (Parfiyalılar) adı ilə dövlət qurmuşlar.

Türk tarixçisi M.Kirzioğlu, “Ani şəhərinin tarixi”, Ankara-1982, səh.5.