Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 12:18:00
AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA  

“COVID-19-un şiddətli dövründə  Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 16 nəfərdə virus aşkarlanıb. Onların hamısı sağalıb. Hazırda AMEA-da koronavirus xəstəsi kimi qeydə alınan əməkdaşımız yoxdur”.

AzEdu.az
-ın məlumatına görə, bu fikirləri Modern.az-a  AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli  bildirib.


Vitse-prezident yaşı 65-dən yuxarı işçilərin fəaliyyətinə də toxunub:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əməl etmək borcumuzdur. Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir və  akademiya ilə onlayn əlaqə saxlayırlar”.

 

İsa Həbibbəyli özünün işə çıxmasına da aydınlıq gətirib:

 

“Vəzifə  təyindatında olan AMEA-nın rəhbər heyəti pandemiya dövrünün şərtlərinə  əməl etməklə işə çıxır. Məsafə gözləməklə, tibbi maska taxmaqla qaydalara əməl edir və işimizi davam etdiririk”.