Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 15:30:00
Bakı Ali Neft Məktəbinin Baş müəllimi SOCAR-ın Fəxri Fərmanına layiq görüldü    

 

Bakı Ali Neft Məktəbinin Bədən tərbiyəsi kafedrasının Baş müəllimi Kuvşinov Pyotr Anatolyeviç 20 sentyabr “Neftçilər günü” peşə bayramı ilə əlaqədar respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib.

 

 

AzEdu.az-ın məlumatına görə, o, SOCAR-ın Fəxri Fərmanı haqqında Əsasnamənin 6-cı bəndinə uyğun olaraq birdəfəlik 500 (beş yüz) manat məbləğində mükafatlandırılıb. 

 

Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. 

 

O, 1992-1996-ci illərdə Dağlıq Qarabağda Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmış, Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşmuş və iki dəfə ağır yaralanıb.

 

Müharibə zonasından döndükdən sonra Pyotr Kuvşinov yenidən peşəkar bir idmançı oldu və üzgüçülük və su polosunun tədrisinə başlayıb.

 

2017-ci ildən etibarən Bakı Ali Neft Məktəbində çalışır. Ali Məktəbdəuniversitetlərarası uğurlu yarış və müsabiqələr təşkil edən Pyotr Kuvşinov tələbələrin rəğbətini də qazanmağı bacarıb. 

 

 

Bundan başqa, bir çox nüfuzlu idman müsabiqəsinin qalibi, SSRİ-nin idman ustası Pyotr Kuvşinov 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunlarında su polo hakimi heyətinin tərkibində iştirak etmək üçün dəvət alıb. 2017-ci ildə isə İslam Oyunları zamanı su polosu üzrə Azərbaycan milli yığmasının məşqçisi olub.

 

O eyni zamanda, yüksək insani keyfiyyətləri ilə də insanlara və tələbələrə örnək təşkil edir. Pyotr Anatolyeviç Kuvşinov ötən ay Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyində batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas etməsi ilə də məşhurdur.

 

BANM ailəsi adından əməkdaşımızı təbrik edir, ona cansağlığı, yeni nailiyyətlər arzu edirik.