Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 12:53:00
Şəhid olan çavuş tovuzludur, 3 övladı var  

 

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

AzEdu.az-ın Qərb Mərkəzinin məlumatına görə, o, ailəlidir və 3azyaşlı övladı var.


Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

 

Allah rəhmət eləsin!