Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 11:13:00
"Son zəng"də kütləvi dava, məzun bıçaqlandı 

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

AzEdu.az "report"a istinadən məlumat verir ki, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.