Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 09:23:00
UNEC-də “Zoom” platformasından istifadə qaydaları üzrə təlim keçirildi  

 

Sentyabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Zoom” platformasından istifadə qaydaları üzrə təlimlər təşkil olunub.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, təlimdə “Zoom” platforması üzrə sistemə daxilolma və ondan çıxış, dərs müddətində proqramın funksionallığından istifadə, habelə tələbə-müəllim ünsiyyətinin qurulması, qrupların yaradılması mövzularında çıxışlar dinlənilib.