Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-20 14:36:00
“Universitet layihələri” üzrə elmi işlərin müzakirəsi olacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm mərkəzinin nəzdindəki “Universitet layihələri” üzrə yerinə yetirilmiş 6 layihənin müzakirəsi olacaq.

 

Sentyabrın 18-də, 21-də və 22-də hər birində iki layihə olmaqla elmi seminarlar da keçiriləcək.

 

Qeyd edək ki, ötən il yanvar ayından start götürən “Universitet layihələri” elmi nəticələrin əldə olunması baxımından xüsusilə əhəmiyyətlidir. Bu layihə ölkəmizdə ilk dəfə ADNSU-da həyata keçirilir.