https://www.zirve.edu.az/
20.09.2020 10:59
Cənubi Kiprdə məktəb direktoru haqqında araşdırma başladılıb - FOTO

Cənubi Kiprdə İsa Peyğəmbəri və ölkənin siyasi liderlərini çəkdiyi rəsmlərlə tənqid edən məktəb direktoru və rəssam Yorqos Qavriel qalmaqala səbəb olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 

Sosial şəbəkələrdə Y.Qavrielə qarşı linç kampaniyası başladılıb.

 

Cənubi Kiprin Təhsil Nazirliyi məktəb direktorunun rəsmlərinin dini və əxlaqi dəyərlərə zərər vurması səbəbilə qəbuledilməz olduğunu açıqlayıb. Həmçinin Y.Qavriel haqqında araşdırma başladılıb.

 

Yunan Pravoslav Kilsəsinin Baş yepiskopu da sənətçinin əsərlərinin azadlıq sərhədlərini aşdığını və onun dərhal vəzifədən uzaqlaşdırılmalı olduğunu qeyd edib.