Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-20 11:14:00
Həddindən artıq vitamin qəbul etmək xərçəngə səbəb ola bilər

Qrip və koronavirusdan qorunmaq üçün vitamin dərmanlarının istifadəsinin artırılması, xüsusilə siqaret çəkənlər üçün ciddi problemlərə səbəb ola bilər.


Siqaret çəkib, A və ya B vitamini əlavələrinin qəbul edilməsi ağciyər xərçəngi riskini artırır. Bütün digər dərman və metodlar kimi, vitamin əlavələri də həkimlə birlikdə, qan və digər analizlər nəticəsində qəul edilməlidir.


Vitamin əlavələrini lazımsız yerə qəbul etmək ürəkbulanma, qusma, qaraciyər funksiyasının pozulması və qanaxma kimi şikayətlərə səbəb ola bilər. Pandemiya dövründə daha çox vitamin əlavəsi qəbul etməyimizin səbəbi immunitet sistemimizi gücləndirməkdir. Ancaq xroniki bir xəstəliyiniz yoxdursa, immunitet sistemi kifayət qədər düzgün işləyir, onu gücləndirmək üçün etdiyimiz hər şey əslində orqanizmin işini pozur.

 

Bu səbəbdən immunitet sistemimizi gücləndirmək üçün balanslı qidalanma, kifayət qədər yatmaq, siqaretdən və alkoqoldan uzaq olmaq, idman etməyi həyat tərzi halına gətirmək lazımdır. Hər gecə saat 11-12-də yatmaq və səhər 7-8-də oyanmaq başlıca qaydalardandır.

 

Teleqraf.com