Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-19 11:00:00
Azərbaycanda uşaqların törətdiyi cinayətlərin sayı açıqlandı - RƏSMİ

2020-ci ilin I yarısında istintaqı tamamlanmış cinayətlərin sayı 6 803 olub. Ötən ilin bu dövründə həmin göstərici 7277 olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cinayətlərdən 111-i 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə baş verib. Onlardan ağır və xüsusilə ağır cinayətlərin sayı beş olub.

 

Əvvəllər də məhkum olmuş şəxslər tərəfindən törədilən cinayət 1587 olub. Onlardan ağır və xüsusilə ağır cinayətlərin sayı 118, qrup şəklində isə 635 təşkil edib. Alkoqol sərxoşluğu vəziyyətində 95, narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən 387 cinayət törədilib.(oxu.az