Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 09:47:00
Trampın Nobel sülh mükafatına namizədliyi irəli SÜRÜLDÜ

ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, belə bir təşəbbüslə Norveçdə İnikişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər. 

Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir. 

"Bu proses bir qədər zəifdir, lakin biz əlimizdən gələni etməliyik ki, o, müsbət nəticəyə gətirib çıxarsın", - deyə parlament üzvü bildirib.