Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 20:19:00
Azərbaycanlı alimin uğuru

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Gülnar Qasımlının “Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” monoqrafiyası Latviyada “Lambert Academic Publishing” nəşriyyatında rus dilində çapdan çıxıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edən monoqrafiya G.Qasımlının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya mövzusu üzrə hazırlanıb. Kitabda Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri, müstəqillik dövründə yazılan poemalar, problemlər və perspektivlərə dair araşdırmaların nəticələri yer alıb.