Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 14:45:00
Dövlət Tərcümə Mərkəzi  "Leyli və Məcnun”la bağlı tanıtım videoçarxı hazırladı  

Dövlət Tərcümə Mərkəzi Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində “Müsəlman Şərqinin ilk operası – Leyli və Məcnun” adlı tanıtım videoçarxı hazırlayıb. 

 

AzEdu.az-ın məlumatına görə, ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində beynəlxalq internet məkanında yayınlanacaq videoçarx dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli­ tərəfindən, Azərbaycan poeziyasının sütunlarından sayılan Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış 4 pərdəli, 6 şəkilli operanın yaranma tarixçəsindən, dünya musi­qi tarixinə müsəlman Şərqinin ilk operası kimi həkk edilməsindən bəhs edir.