Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 15:19:00
Bilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir? - Nazirlik AÇIQLADI

Təhsil Nazirliyi 15 sentyabr - Bilik Günü tribunadan yıxılan şəxslə bağlı açıqlama verib.

 

AzEdu.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada deyilir:

 

"Öncə qeyd etmək istəyirik ki, baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçiririk. Videoda göründüyü kimi, şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".

 

Qeyd edək ki, sosial şəbəkələrdə Bilik günü üçün məktəbin qarşısına toplaşan məktəblilər Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirən zaman tribunada dayanan qadın huşunu itirərək yıxıldığı anının görüntüləri yayılıb. (Report.az)