Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 12:29:00
Yeniyetmə yaşda uşağı olan valideynlərin qaçması gərəkən xətalar-ÇOX VACİB

Hər birimiz gün ərzində bir neçə şəxslə söhbət edirik. Bu səbəblə ara-sıra səhv etməyə meyl edə bilirik. Bu problem valideyn və yeniyetmələr arasında daha çox rast gəlinir. Bununla belə, valideynləri səhv qərarlar almağa yönəldən bəzi səbəblər var. Bu “tələ”nin fərqində olmaq, bir və ya iki mübahisənin qarşısını alacaq. AzEdu.az türk mediasına istinadən həmin qeydləri təqdim edir:

1.Övladınızın duyğularını özünüzlə eyniləşdirməyin

Empatiya başqalarının duyğularını anlamaqdır. Hər birimiz sevdiklərimizin uğurlarına və kədərlərinə ortaq oluruq. Lakin, övladımızla olan münasibəti qabardıb “sanki problem onun deyil, bizimmiş kimi” davransaq, onların gələcəkdə müstəqil fəaliyyəti üçün maneə yaratmış olacağıq. Bunun qarşısını almaq üçün özünüzə bəzi suallar verməlisiniz: “Övladınız sizin kimidirmi? Övladınızı xoşbəxt və yaz üzgün hiss etdirən məqamlara çoxmu diqqət edirsiniz?

  1. Heç bir şeyi tam özünüzə aid hiss etməyin

Bəzi günlər övladınız sizə diqqət etmirmiş kimi görünə bilər. Əslində belə deyil. Övladınız bütün uşaqların  etdiyini edir:Zehni çox məşğuldur, duyğularını idarə etməkdə çətinlik çəkir. Təbii ki, qeyri-etik davranışların üstündən xətt keçə bilməzsiniz. Övladınız yaxşı bilir ki, o nə etsə də, sevginiz tükənməyəcək. Yaşadıqlarınızı şəxsinizə yönəltsəniz xeyli yorulacaq və üzüləcəksiniz. Eyni zamanda yanlış qərarlar almağınıza səbəb olar.

3.Övladınızın gələcəyi haqda təxminlər edib səsləndirməyin.

Övladınızın indiki davranışlarını onun gələcəyinə aid etməyin. Zamanla hər şey çox fərqli olacaq. Övladınızın gələcəyi haqda düşünmək bu gün normal valideynlik vəzifəsinizi yerinə yetirməyə mane olar. Övladınıza “Bunu gec-tez həll edəcəyini bilirəm” demək “Nə zaman bacaraqsan görəsən” deməkdən daha çox kömək olacaq. Ərgən yaşında olanlar daha çox yetişkin bədənində yaşan uşaq kimidir. Evdə sizin liderliyinizi qəbul etməsə də, gec-tez bunu anlayacaq.

4.Dinləməyiniz lazımdırsa, danışmayın.

Dinləmə bir insanın digəri üçün edə biləcəyi ən güclü şeylərdən biridir. Uşaq danışmaq, problemini bölüşmək istədikdə, valideyn bunu bir problemi həll etmək və dərs keçmək kimi başa düşür. Səssizlik bir başqasının danışmasına şərait yaratmaqdır. O danışarkən nə?, necə? Suallarını verin. Kimya fənnindən nə üçün aşağı qiymət aldın? Demək yerinə Necə oldu ki, qiymətin aşağı oldu? Sualını ünvanlayın. Bunlar arasında fərq böyükdür.

5.Övladınızın özü üçün edə biləcəyi şeyləri onun yerinə etməyin.

Övladınızın 1 həftə ərzində özü etdiyi hər şeyi yazın, bunun üçün xeyli kağız lazım ola bilər. Həftə sonunda özününün kömək olmadan edə bildiyi şeylərin üstündən xətt çəkin. Belə olduqca yükünüz azalacaq.

Mükəmməl valideyn deyə bir şey yoxdur. Bunu unutmayın:Valideynlik bacarıq deyil, münasibətdir. Yaxşı münasibətin ən önəmli detallarından biri birinin xətalarına tolerant yanaşmaq, gərəkli olanda üzr istəmək və yola davam etməkdir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları