Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 16:19:00
AMEA-nın yeni vitse-prezidentləri vəzifələrinin icrasına başladılar

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva və akademik İradə Hüseynova AMEA-nın vitse-prezidentləri kimi vəzifələrinin icrasına başlayıblar.

Bu barədə AzEdu.az-a akademiyadan məlumat verilib.

Akademiyadan bildirilib ki, artıq vitse-prezidentlər AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq edilib. N.Paşayeva AMEA-da təhsil, İ.Hüseynova isə biologiya məsələlərinə baxır.

Vitse-prezidentlər akademiyanın ümumi yığıncağında səsvermədə iştirak edən AMEA-nın həqiqi üzvlərinin üçdə iki səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilirlər.

N.Paşayeva və İ.Hüseynova bu vəzifəyə seçilənədək AMEA-nın vitse-prezidentləri AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev idi. Hazırda adıçəkilən şəxslər də daxil olmaq, Akademiyanın 6 vitse-prezidenti var.

Xatırladaq ki, AMEA-nın iyunun 8-də keçirilən ümumi yığıncağında akademik Akif Əlizadə yenidən 5 il müddətinə akademiyanın prezidenti, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova isə vitse-prezidentlər vəzifəsinə seçiliblər.