Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 15:37:00
DİM sədri I qrupun ən yüksək və ən aşağı ballı ixtisaslarını açıqladı -RƏSMİ

 “Keçənilki nəticələrə görə I ixtisas qrupunda ən yüksək keçid balı olan ixtisaslar BANM-da “İnformasiya təhlükəsizliyi”, “Neft və qaz mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması” dır. “Maşın mühəndisliyi”, “Yer quruluşu” 200 ballıq ixtisaslardlr. Keçən il ən aşağı balı olan ixtisaslardır. Bunlar müxtəlif universitetlərdə tədris olunur”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri M.Abbaszadə canlı yayım zamanı deyib. O, bir ixtisasın müxtəlif universitetlərdə tədris olunduğunu və abituriyentin buna xüsusi diqqət etməsi gərəkdiyini vurğuladı: “Məsələn, Riyaziyyat və informatika müəllimliyi 15 müxtəlif universitetdə tədris olunur. Keçid balları bir birindən fərqlidir. Bu ixtisasda oxumağı düşünən hər kəs müxtəlif universitetləri balına uyğun qeyd edə bilər.Dövlət sifarişli ixtisasların keçid balları ölkə üzrə formalaşır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları