Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-13 15:23:00
AzTU-da doktoranturaya sənəd qəbulu davam edir

Azərbaycan Texniki Universiteti 2020/2021-ci tədris ilində 45 ixtisas üzrə doktoranturaya sənəd qəbulu davam edir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, sənədlərin qəbulu sentyabrın 25-dək Magistratura və doktorantura şöbəsində aparılır.

 

Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 539-12-41 (Magistratura və doktorantura şöbəsi) nömrəsinə zəng etməklə öyrənə bilərlər.